Terminlər

''25th Frame Effect'' strategiyası necə tətbiq olunur❓


''25th Frame Effect'' strategiyası necə tətbiq olunur❓

25th Frame Effect:
Dilimizə 25-ci kadr effekti kimi tərcümə olunan , videolara və vizual görüntülərə əlavə kadrların qoyulması vasitəsi ilə insanın şüuraltına təsir edən bir metodikadır.

Qısaca olaraq , subliminal mesaj da adlandıra bilərik .

Bu təsiretmə metodu, əsasən, qanunsuz marketinq reklamlarında istifadə olunur, çünki aparılan araşdırmalara görə, istehlakçılar mənfi və ya qeyri-legal reklamları daha tez yadda saxlayırlar .

Hazırda bu metodun təkcə video vasitəsi ilə deyil , səs yolu ilə də xüsusi modifikasiyası işlənib-hazırlanıb.
Yəni lazımi kodlar müvafiq auditoriyanın beyninə, onların özünün xəbəri olmadan, müxtəlif radiostansiyaları dinlədiyi məqamda da yeridilə bilir.

Nümunə olaraq : Məşhur " Toyota " avtomobil brendinin loqosuna diqqətlə baxdığımız zaman subliminal mesajı fərq etmiş ola bilərsiniz.

İlk baxışdan loqoya fikir verdikdə , yalnız hərflər nəzərə çarpsa da , əslində loqonun müxtəlif hissələri Toyota sözünü hecalıyır.

Logonun müəyyən hissələrini gizlədərək hərflər yaratmaq olur və yaratdığınız hərfdən marka adını yazmaq üçün istifadə edə bilərsiniz.
''25th Frame Effect'' strategiyası necə tətbiq olunur❓


LinkedIn-də izlə