Haqqımda
Əvvəla, özümü təqdim edim — mən Elvar Abdullazadə!
Marketinq və kommunikasiya sektorunda 5 ildən çoxdur ki, çalışıram.
Əsas ixtisasım olaraq digital marketing, content marketing, copywriting, SEO və daxili kommunikasiya istiqamətlərində peşəkar təcrübəm var.
Müxtəlif sahələrdə çalışmaq imkanı ilə sistem və proses tərəfini daha yaxşı başa düşərək özümü təkmilləşdirmişəm.
LinkedIn-də 25 000+ izləyicim var və bu illər ərzində müxtəlif sahələrdən insanlara çatan, aktiv və geniş bir auditoriya formalaşdırmışam. Bu bloqu da elə həmin məqsədlə qurmuşam: fikirlərimi, üzərində işlədiyim layihələri və portfoliomu daha rahat, daha sistemli şəkildə sizinlə paylaşa bilim deyə!
Peşəkar inkişafım üçün beynəlxalq sertifikatlar üzrə uğurlu nəticələr əldə edərək aşağıdakı statusları qazanmışam:
Professional Certified Marketer (PCM® – AMA), Certified Digital Marketing Professional (CDMP® – DMI) və Meta Certified Digital Marketing Associate sertifikatları bu istiqamətdə əldə etdiyim əsas nəticələrdəndir.
Məlumat üçün qeyd edim ki:
PCM® (AMA) — Professional Certified Marketer
American Marketing Association (AMA) tərəfindən verilən, marketinqin əsas prinsipləri, strategiya, planlama və marketinq düşüncə sistemini ölçən beynəlxalq sertifikatdır.
CDMP® (DMI) — Certified Digital Marketing Professional
Digital Marketing Institute (DMI) tərəfindən təqdim olunur. Rəqəmsal marketinq kanalları (kontent, sosial media, SEO, e-mail, performans reklamları və s.) və kampaniyaların planlanması/ölçülməsi üzrə bilikləri təsdiqləyən sertifikatdır.
Meta Digital Marketing Associate
Meta (Facebook/Instagram ekosistemi) üzrə rəqəmsal marketinqin əsasları: reklam məntiqi, kampaniya quruluşu, hədəfləmə, optimizasiya və nəticələrin interpretasiyası kimi mövzulara fokuslanan sertifikatdır.
Məni ən çox fərqləndirən üstün tərəfim isə bu 4 sahədə peşəkar təcrübəyə malik olmağımdır: digital marketing, content marketing, copywriting və daxili kommunikasiya.
Yəni həm strategiyanı düşünürəm, həm məzmunu qururam, həm də onu doğru kanalla düzgün auditoriyaya çatdırıram.
Təhsil
Marketinqə marağım elə universitet illərindən başlayıb. Təhsil olaraq, 2015–2019-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Marketinq ixtisası üzrə bakalavr təhsili almışam. 2016-cı ildə “SABAH” Mərkəzinə qəbul olaraq müasir tədris mühitində həm nəzəri biliklərimi, həm də analitik düşüncəmi daha da inkişaf etdirmişəm.
İş təcrübəm
İndi isə keçək iş təcrübəmə!
Azərbaycan Beynəlxalq Bankı (ABB) (2024–indiyədək)
Hazırda Azərbaycan Beynəlxalq Bankında İnsan Resurslarının İdarəedilməsi Departamentinin Employer Branding & Internal Communications şöbəsində çalışıram. İşim əsasən digital marketing, kontent və kreativ istiqaməti əhatə edir: sosial media kanallarımız üçün həm daxili, həm də xarici auditoriyaya uyğun kontentlərin formalaşdırılması, kontent planının qurulması və ideyadan icraya qədər prosesin koordinasiyası ilə məşğul oluram. Eyni zamanda reklamların idarə olunması — kampaniyaların planlanması, hədəflənməsi, optimallaşdırılması və nəticələrin izlənməsi də gündəlik işlərimin bir hissəsidir.
Bu proseslərin mərkəzində isə ABB Life dayanır. ABB Life üçün kontent strategiyasının formalaşdırılması, gündəlik kontentlərin hazırlanması və paylaşılması, kampaniyaların planlanması və reklam dəstəyi ilə məşğul oluram. Paralel olaraq daxili kommunikasiya tərəfində əməkdaşlara yönəlik mesajların hazırlanması, daxili kanallar üçün kontentlərin planlanması və paylaşılması, HR təşəbbüsləri və tədbirlərin kommunikasiya dəstəyinin koordinasiyası ilə işləyirəm. Bank mədəniyyəti, dəyərlər və komanda mühitinin daha aydın çatdırılması əsas prioritetlərimizdən sayılır.
Azərbaycan Dəmir Yolları (ADY) (11/2023–02/2024)
Burada əsas fokusum daxili kommunikasiya idi: təşkilat daxilində keçirilən tədbir və təşəbbüslərin kommunikasiya tərəfinə dəstək vermək, əməkdaşlara yönəlik mesajlar və daxili xəbərlərin hazırlanıb göndərilməsi, həmçinin məlumatların düzgün kanallarla çatdırılması ilə məşğul olurdum. Paralel olaraq daxili kommunikasiya kanallarının təkmilləşdirilməsi üzərində işləyirdim — xüsusilə SharePoint və Viva Engage üzərindən proseslərin idarə edilməsi, kontentin planlanması və bu platformalardan daha aktiv istifadə üçün əməkdaşların maarifləndirilməsi işimin əsas hissələrindən idi.
Bunlarla yanaşı, daxili kommunikasiya məzmununun daha sistemli olması üçün kontent axınının planlanması, mesajların üslub və ton baxımından uyğunlaşdırılması, elanların və yeniliklərin əməkdaşlara daha rahat çatması üçün strukturlaşdırılmış paylaşım formatları üzərində də işləyirdim.
Liv Bona Dea Hospital (08/2022–11/2023)
Liv Bona Dea Hospital-da çalışdığım dövrdə daha çox veb-sayt və rəqəmsal kontent tərəfi ilə məşğul olmuşam. Veb-sayt üzərində məzmunların yenilənməsi, səhifələrin daha oxunaqlı və istifadəçi üçün aydın qurulması, eyni zamanda SEO yanaşması ilə kontentlərin hazırlanması bu işin əsas hissəsi idi. Paralel olaraq content marketing istiqamətində mövzu araşdırmaları aparır, planlı şəkildə yazılar hazırlayır və kontentin axtarışdan gələn trafiki necə dəstəklədiyini izləyirdim.
Bu prosesin içində kopiraytinq də var idi: kampaniyalar üçün mətnlər, sosial media paylaşımları, elan və məlumatlandırma formatında qısa, konkret yazılar hazırlayırdım. Ümumilikdə həmin dövr mənə kontenti təkcə yaratmaq yox, onu veb mühitinə uyğunlaşdırmaq, optimallaşdırmaq və daha sistemli şəkildə idarə etmək baxımından yaxşı təcrübə verdi.
IDEA (09/2021–08/2022)
IDEA-da işlədiyim dövrdə əsas işim kontent və rəqəmsal tərəfi idarə etmək idi. Sosial mediada kontent planını qurur, mövzuları seçir, mətnləri yazır, vizuallarla uyğunlaşdırır və paylaşımların brend üslubuna uyğun getməsinə diqqət edirdim. Veb-sayt tərəfdə də məzmunların yenilənməsi ilə məşğul olur, yazıların daha aydın təqdim olunmasına və mümkün qədər SEO məntiqinə uyğun olmasına çalışırdım. Art-direktor ilə mütəmadi çalışaraq veb-saytın və sosial media səhifələrimizin trafikini artırmaq əsas hədəfimiz idi.
Bu dövrdə LinkedIn mənim üçün ayrıca bir “iş platforması” idi. LinkedIn Sales Navigator-dan aktiv istifadə edirdim: sektor, ölkə/region, şirkət ölçüsü, vəzifə və qərarverici rollar kimi filtrlərlə konkret target siyahıları qurur, potensial müştəriləri seçib onlarla daha planlı şəkildə ünsiyyətə başlayırdım. Ümumilikdə IDEA mənə kontentin gündəlik idarə olunması ilə yanaşı, LinkedIn üzərindən daha məqsədli işləməyi də praktiki şəkildə öyrətdi.
Master English (11/2021–indiyədək)
Master English mənim qurduğum onlayn ingilis dili layihəsidir. Layihəni yaratmaqda məqsədim ingilis dilini daha praktik formada öyrədərək faydalı ola bilməkdir. Bu müddətdə layihənin əsasən rəqəmsal tərəfindən: sosial media hesablarının idarə olunması, kontent strategiyasının qurulması, reklamların planlanması və ümumilikdə marketinq prosesinin aparılması ilə məşğul oluram. Hal-hazırda layihənin əsas fokusu conversation, yəni danışıq dərsləridir.
Kapital Bank (02/2019–05/2019)
İş həyatıma Kapital Bank-da təcrübəçi olaraq başlamışam. Orada keçirdiyim müddətdə bazar araşdırması mövzularına daha yaxından baxmaq, satış yanaşmalarını praktikada görmək və ümumilikdə bank mühitində işin necə qurulduğunu anlamaq mənim üçün yaxşı bir başlanğıc oldu.
Hərbi xidmət (2019–2020)
Kapital Bank-dakı təcrübəmdən sonra 2019–2020-ci illərdə hərbi xidmətdə olmuşam.
Sertifikatlarım
Son olaraq isə sizinlə indiyə qədər marketinq sahəsində əldə etdiyim sertifikatları bölüşmək istərdim:
• Professional Certified Marketer® (PCM® – American Marketing Association / AMA) — 2025
• Certified Digital Marketing Professional (CDMP® – Digital Marketing Institute / DMI) — 2025
• Meta Certified Digital Marketing Associate (Meta) — 2025
• LinkedIn Certified Marketing Insider (LinkedIn) — 2024
• Content Marketing Certified (HubSpot) — 2024
• SEO Fundamentals Course (Semrush) — 2022
• Microsoft Advertising Certified Professional (Microsoft) — 2021
Sona qədər oxuduğunuz üçün təşəkkür edirəm.
Daha çoxu üçün keçid edin! ♥️

1 Comments
👍
ReplyDelete