Araşdırmalarım

Marketinq məhsuldan daha çox emosiya satmaq prosesidir...

Marketinq məhsuldan daha çox emosiya satmaq prosesidir...

Bu yazımda sizlərə ''5 To Go'' adlı bir kofeşopun ''Starbucks'' brendinə qarşı həyata keçirdiyi möhtəşəm gerilla marketinq strategiyasını nümayiş etdirəcəm.Battle-ın başlama səbəbi, Buxarest şəhərinin mərkəzində ''5 To Go''-nun yeni açılan obyektinin bilərəkdən düz ''Starbucks''-ın yanında fəaliyyətə başlaması idi.

''5 To Go'' diqqət çəkmək üçün böyük bir lövhə icarəyə götürərək ''Daha az pula, daha çox kofe'' başlıqlı bilboard reklamından istifadə etdi.

''5 To Go''-nun əsas üstünlüyü hər kofe qabının üstündə 5 ley(1.2 $) yazılması idi və qiymətlər stabil idi. ''Starbucks''-ın satışları aşağı düşdüyünə görə məcbur qalıb rəqibə cavab xarakterli belə bir reklam kampaniyası təqdim etdi:

- ''Starbucksda hər bazar ertəsi kofe 5 ley''

''5 To Go'' fürsət bu fürsət deyib yenidən ''Starbuck''-a atmaca atdı:

- ''Yalnız bazar ertəsi deyil, hər zaman kofelərimiz 5 ley''

Rəqibə meydan oxuma strategiyası və viral marketinq üsulu ilə şirkətin məşhurlaşması nəticəsində ''5 To Go''-nun gəlirləri 6 dəfəyə qədər artdı.
Marketinq məhsuldan daha çox emosiya satmaq prosesidir...


LinkedIn-də izlə