
2026-cı ildə LinkedIn-də baş verən dəyişikliklər həm kontent yaradıcıları, həm də şəxsi brendini gücləndirmək istəyən peşəkarlar üçün daha çox diqqət çəkməyə başlayıb.
Son müşahidələr göstərir ki, platforma artıq sadəcə çox paylaşım edənləri yox, daha konkret, daha faydalı və daha uyğun məzmun təqdim edən profilləri önə çıxarmağa çalışır.
Bu bloqumda 2025-ci illə müqayisədə 2026-cı ildə LinkedIn alqoritmində diqqət çəkən dəyişiklikləri sənə təqdim edəcəm.
2026-cı ildə LinkedIn alqoritmində hansı dəyişikliklər diqqət çəkir?
Son dövrlərdə LinkedIn ilə bağlı paylaşılan müşahidələr və platformanın ümumi məntiqi göstərir ki, bəzi məzmun formatları və yanaşmalar əvvəlki qədər güclü təsir göstərmir. Bunun əvəzində daha konkret və dəyər yönümlü məzmunlar önə çıxır.
1. Açar sözlə hədəflənmiş maksimum 3 həşteqdən istifadə
LinkedIn-də həddindən artıq çox həşteq istifadə etmək əvəzinə, daha məqsədli və açar söz yönümlü az sayda həşteq istifadə etmək daha səliqəli və daha effektiv yanaşma kimi görünür.
Xüsusilə LinkedIn SEO baxımından bu cür seçimlər məzmunun daha uyğun auditoriyaya çatmasına kömək edə bilər.
2. Məzmunun oxunma müddəti (dwell time)
Artıq postun nə qədər like toplamasından əlavə, oxucunun həmin məzmunun üzərində nə qədər vaxt keçirdiyi də daha vacib görünür. İnsanları postda saxlaya bilən, sona qədər oxudan və maraq yaradan məzmunlar daha güclü siqnal verir.
3. Orijinal kontentin üstünlüyü
Ümumi və təkrar fikirlərdən fərqli olaraq, şəxsi müşahidə, real təcrübə və orijinal baxış təqdim edən məzmunlar daha çox dəyər yaradır. Bu da həm oxucu marağını artırır, həm də kontentin fərqlənməsinə kömək edir.
4. Konkret niş bazara fokuslanan məzmunlar (B2B)
Hamıya xitab edən ümumi mövzulardansa, konkret niş bazara və spesifik auditoriyaya yönəlmiş məzmunlar daha güclü təsir bağışlayır. Xüsusilə B2B, marketing, employer branding və peşəkar inkişaf kimi sahələrdə fokuslanmış kontent daha uyğun auditoriyanı cəlb edir.
5. Hekayə əsaslı paylaşımlar
Sadəcə trend mövzuya toxunmaq yerinə, hekayə əsaslı və real təcrübə üzərindən qurulan paylaşımlar daha çox diqqət çəkir. Bu cür məzmunlar oxucuda emosional və intellektual maraq yaradır, nəticədə daha uzun oxunur və daha yadda qalan olur.
6. Şərhlərdə qarşılıqlı əlaqə
LinkedIn-də sadəcə paylaşım etmək kifayət etmir. Postun altında yaranan müzakirə, verilən cavablar və şərhlərdəki qarşılıqlı əlaqə də vacib rol oynayır.
Bu, həm görünürlüyü artırır, həm də məzmunun həqiqətən maraq doğurduğunu göstərir.
7. Paylaşım və repostların daha effektiv təsiri
Like-larla müqayisədə paylaşım və repostlar daha effektiv siqnal kimi görünür. Çünki burada istifadəçi sadəcə bəyənmir, eyni zamanda məzmunu öz auditoriyasına da ötürür. Bu isə paylaşımın daha faydalı və daha relevant hesab edildiyini göstərir.
8. Abunəlik tələb edən məzmunlar
Newsletter, qeydiyyat tələb edən yazılar və abunəlik əsaslı kontent formaları daha sadiq auditoriya qurmağa kömək edir. Bu tip məzmunlar daha dərin qarşılıqlı əlaqə yaratdığı üçün uzunmüddətli engagement baxımından daha çox baxış gətirir.
9. Ekspertlik və dəyər üzərində qurulan profillər daha çox önə çıxır
2026-cı ildə LinkedIn-də əsas fərqləndirici məqam sadəcə professional görünmək deyil.
Daha çox diqqət çəkən profillər konkret sahədə ekspertliyini göstərən, davamlı dəyər verən və auditoriyasına faydalı məzmun təqdim edən profillərdir.
2025-ci illə müqayisədə əsas fərq nədir?
2025-ci ildə daha çox connection, daha çox həşteq və daha ümumi məzmunun daha çox diqqət görüldüyü düşünülürdüsə, 2026-cı ildə əsas diqqət daha çox relevant, niş və dəyər yönümlü paylaşımlara keçir. Başqa sözlə, artıq çox görünməkdən daha çox, doğru auditoriyaya faydalı görünmək vacibləşir.
LinkedIn-də daha yaxşı nəticə almaq üçün nə etmək lazımdır?
2026-cı ildə LinkedIn strategiyası qurarkən konkret niş seçmək, orijinal fikir paylaşmaq, postların oxunma müddətini artırmaq, şərhlərdə aktiv olmaq və profilini ekspertlik üzərində qurmaq daha məntiqli yanaşma hesab olunur. Bu, həm şəxsi brendin güclənməsinə, həm də paylaşımlarının daha doğru auditoriyaya çatmasına kömək edir.
Nəticə
2026-cı ildə LinkedIn alqoritmi ilə bağlı əsas müşahidə budur: platforma artıq sadəcə çox paylaşım edənləri yox, daha uyğun, daha faydalı və daha məqsədli məzmun yaradan profilləri önə çıxarmağa çalışır.
Buna görə də LinkedIn-də uğur qazanmaq üçün əsas sual artıq “necə daha çox paylaşım edim?” yox, “necə daha faydalı və daha relevant məzmun yaradım?” olmalıdır.
Linkedln mövzusu ilə bağlı maraqlı bir kampaniya üçün əvvəl paylaşdığım LinkedIn marketinq strategiyası bloquna nəzər yetir.
Həmçinin 2026-cı ildə ən son Linkedln alqoritması ilə bağlı ətraflı məlumat əldə etmək üçün aşağıdakı videoya keçid et.
0 Comments