Məzun olduğun universitetə illər sonra tələbə kimi yox, spiker kimi qayıtmaq çox fərqli hissdir. UNEC-də “Şəxsi brendini qur” mövzusunda keçirdiyim masterclass məhz mənim üçün belə xüsusi təcrübə oldu.
Bu yazıda həmin masterclassdan əsas qeydləri, LinkedIn-də şəxsi brendinqə yanaşmamı və UNEC tələbələri üçün paylaşdığım praktik tövsiyələri paylaşmaq istəyirəm. Əgər sən də LinkedIn-də şəxsi brendini qurmaq, görünən olmaq və gələcək karyeran üçün güclü profil yaratmaq istəyirsənsə, yazını sonadək oxumalısan.
ABB, UNEC və gənclərin inkişafına dəstək
ABB olaraq gənclərin inkişafına hər zaman xüsusi önəm veririk. UNEC ilə birgə start verdiyimiz “Data və Süni İntellekt Sertifikasiya Proqramı” da bunun gözəl nümunəsidir. Proqram çərçivəsində tələbələr yalnız texniki bilik qazanmır, həm də iş dünyasının real tələblərini daha yaxından tanıyırlar.
Mənim masterclassım da bu proqramın tərkib hissəsi olaraq LinkedIn-də şəxsi brendinq, peşəkar profilin qurulması və düzgün rəqəmsal yanaşma mövzularına həsr olunmuşdu. Çünki müasir iş dünyasında yalnız CV kifayət deyil – həmçinin Linkedln profili də çox önəmli rol oynayır.
Şəxsi brend nədir və niyə LinkedIn-də önəmlidir?
Şəxsi brend sadəcə “özünü reklam etmək” deyil. Bu, insanların sənin haqqında formalaşdırdığı ümumi təəssüratdır:
necə düşünürsən,
hansı mövzularda danışırsan,
hansı dəyərləri müdafiə edirsən,
peşəkar olaraq nə ilə yadda qalırsan.
LinkedIn bu gün peşəkarlar üçün ən güclü platformalardan biridir. Burada şəxsi brendini qurmaq sənə aşağıdakı üstünlükləri verir:
İş elanları səni daha rahat “tapır”
HR və recruiter-lərin diqqətinə düşmək şansın artır
Sənin sahəndə çalışanlarla şəbəkələnmə (networking) imkanı yaranır
Özünü yalnız “iş axtaran” kimi yox, həm də dəyər yaradan peşəkar kimi göstərirsən
Alqoritm tez-tez dəyişsə də, aşağıdakı prinsip heç vaxt dəyişmir:
Dəyərli kontent = daha çox görünürlük.
Müasir rəqəmsal alətlər və LinkedIn-də şəxsi brendinq
Şəxsi brendini qurmaq təkcə “profil doldurmaq” deyil, həm də alətlərdən səmərəli istifadə etməkdir. Masterclassda bu məqamlara da toxundum:
LinkedIn analytics ilə postlarının statistikasına baxmaq
Kimlərin profilinə daxil olduğunu analiz etmək
Şəbəkəni məqsədli şəkildə genişləndirmək (məsələn, UNEC məzunları, ABB əməkdaşları, data & AI sahəsində işləyənlər və s.)
Bu, xüsusilə Data və Süni İntellekt Sertifikasiya Proqramı iştirakçıları üçün vacibdir, çünki texniki biliklə yanaşı, özlərini peşəkar şəkildə təqdim etmək də lazımdır.
Şəxsi brendini bu gündən qurmağa başla!
UNEC-də keçirdiyim “Şəxsi brendini qur” masterclassı mənə bir daha göstərdi ki, gənclər artıq LinkedIn-in gücünü başa düşür, sadəcə düzgün istiqamətləndirməyə ehtiyac var.
Şəxsi brendinq uzun müddətli prosesdir, amma hər şey bir addımla başlayır:
Profilini yenilə, iddialı bir paylaşım et və peşəkar şəbəkəni qurmağa başla.
Əgər LinkedIn-də şəxsi brendini qurmaqla bağlı daha çox məzmun görmək istəyirsənsə, blogumu izləyə və aşağıdakı linkə keçid edərək mənə bağlantı göndərə bilərsən.
Daha ətraflı məlumat üçün videoya keçid et!
0 Comments